Oruc tutanlar üçün toxluq hissini artıran və susuzluq hissini azaldan qida məhsullarını bilmək faydalıdır. 

Bu barədə Foodinfo.az “Hürriyet”ə istinadən xəbər verir. 

Qeyd olunur ki, yumurta, pendir, tərəvəzlər, banan, noxud, süd məhsulları, buğda, yulaf, darçın kimi məhsullar protein və vitaminlərlə zəngin olduqları üçün toxluq hissini artırırlar. Meyvə və mövsümi salatlar, kefir, ayran, qarpız və yemiş isə susuzluq hissinin azalmasına səbəb olur.

Burada tərəvəzlərin də önəmi xüsusilə vurğulanmalıdır. Çünki yaşılyarpaqlı tərəvəzlərdə yuxarıda göstərilən xüsusiyyətlərin hər ikisi mövcuddur.

Nurlan