Türkiyənin daha altı rayonu fəlakət bölgəsi elan olunub.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.
Yeni qərarla birlikdə fəlakət bölgəsi elan olunmuş 11 rayona daha altısı əlavə edilib. Belə ki, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batman da fəlakət bölgəsi hesab olunub. Bu ərazilərdə də zəlzələ nəticəsində bir çox binaya zərər dəydiyi qeyd olunub.
Nurlan