Türkiyənin Karabük bölgəsində yetişən alma və armud sortları məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Xüsusən “qırmızı alma”, “Şahbay alması” və “Göksulu” və “Mahmut” kimi armuq sortlarının təhlükədə olduğu vurğulanıb. Məsələ ilə bağlı Türkiyənin Təsərrüfat və Meşə İdarəsi çalışmalara başlayıb. 15 hektar ərazidə sözügedən sortların yetişdirilməsinə başlanılıb.