
Qidalanmamız dərimizin vəziyyətinə də birbaşa təsir göstərir.
Foodinfo.az xəbər verir ki, bəzi qidalar dərimizdə sızaqların yaranmasına səbəb olur.
Bu mənada ekspertlər şəkəri xüsusilə fərqləndirirlər. Şirniyyatlar, bal, qazlı içkilər orqanizmdə insulin səviyyəsinin artmasına səbəb olur ki, bu da sızaqların çoxalmasına gətirib çıxarır.
Emal olunmuş qidalar və karbohidrat tərkibli məhsullar da dərimizdə sızaqlara səbəb ola bilər.
Bu mənada çörək və taxıl məhsulları bir qədər diqqətli olmağı tələb edir. Süd və süd məhsulları orqanizmin inkişafı baxımından önəmli olsalar da, onlar da dərimizdə problemlərə səbəb ola bilərlər.
Fərid