Saçlarımızın uzun və güclü olması üçün saç baxımına diqqət yetirilməlidir. Qidalanma şəkliniz, baxım vərdişləriniz, stress və mövsümi dəyişikliklər bu işdə mühüm rol oynayır. 
Foodinfo.az xəbər verir ki, bu barədə “Posta”da məqalə yer alıb. 

Amerika Dermatologiya Dərnəyinin məlumatına görə, saçlar hər il orta hesabla altı düymə uzanır. Ancaq çox zaman bu böyümə minimum həddə olur. Sağlam və qüvvətli saçlar üçün sağlam qidalanma vacib şərtdir. Protein tərkibli qidalar, ət və digər məhsullar saçın təməl daşlarıdır.

 Balıq, lobya, qoz-fındıq və dənli bitkilərdən də istifadə edilməlidir.

Saçların qidalanması və sürətli şəkildə uzanması üçün kimyəvi tərkibli şampunlardan mümkün qədər az istifadə etmək lazımdır. Bu mənada şampundan həftə ərzində iki və ya üç dəfə istifadə etmək tövsiyə olunur. 

Ekspertlər həmçinin saçlara şəkil vermək üçün istifadə olunan avadanlıqların zərərini vurğulayırlar. Əgər hətta istilik tələb olunursa, bu zaman daha aşağı temperatura müraciət edilməlidir. 

Saçların mütəmadi olaraq daranması qan dövranının sürətlənməsinə və saçların sürətlə uzanmasına şərait yaradır.

Fərid