Zəlzələ bölgəsində daha çox rast gəlinən xəstəliklər açıqlanıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.
Qeyd olunur ki, ilk dörd gün ərzində əsasən yaralanmalar müşahidə olunur. Bu zəlzələnin yaratdığı fəsadlarla bağlıdır.
Növbəti mərhələdə havadan, qidadan və sudan keçən infeksiyalar üstünlük təşkil edir. Zəlzələnin üstündən bir müddət keçdikdən sonra isə endemik yoluxucu xəstəliklər, hepatit A və B kimi xəstəliklər ərazidə müşahidə olunmağa başlayır.
Nurlan