Son xəbərlər
- Son istifadə tarixi keçən hər məhsul təhlükəlidirmi?
- Gecə qəfil aclıq hissi hansı vitamin çatışmazlığının əlaməti ola bilər?
- Yaş artdıqca yeməklərin dadı niyə fərqli hiss olunur?
- Qəhvədən sonra su içmək vacibdirmi? - Mütəxəssislərdən açıqlama
- Eyni qida, fərqli nəticə: Bəziləri niyə kökəlir, digərləri isə arıq qalır?
- Diabetlə sağlam həyat
Bitki mənşəli südlər zərərlidirmi?
Bitki mənşəli südlər zərərlidirmi? Bitki mənşəli südlər (badam, soya, yulaf, kokos və s.) adətən sağlam alternativ kimi tanınsa da, bəzi hallarda zərərli ola bilər. Foodinfo.az xəbər verir ki, onların tərkibi heyvan mənşəli südlə müqayisədə daha az protein və kalsium ehtiva edir, bu isə uzun müddətli istifadədə sümük sağlamlığına mənfi təsir göstərə bilər. Bundan əlavə, bəzi bitki südlərinə əlavə olunan şəkər və süni qatqılar kalorini artırır və metabolizmaya zərər verir. Soyadan hazırlanan süd həddindən artıq istifadə edildikdə hormonal balansı pozur. Həmçinin qoz-fındıq allergiyası olan insanlar üçün badam südü risklidir. Lakin şəkərsiz və zənginləşdirilmiş variantlar seçildikdə bu südlər sağlam qida rasionuna əlavə kimi istifadə edilə bilər. Seçim edərkən qida etiketi diqqətlə oxunmalı və balanslı pəhrizlə birgə istifadə edilməlidir.


