Az - Granata LLC
Planlama üzrə mütəxəssis
Son tarix 28 apr 2023 - [email protected]
Vəzifə Öhdəlikləri:
Təchizat və istehsalat tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanın həyata keçirilməsi;
Xammal və material hissələrinin təslim və məhsulların satış planına uyğun olaraq sifarişlərin formalaşmasının təmin edilməsi;
Hazır məhsul, xammal və material qalıqlarına istehsal və satış planı əsasında nəzarət olunması;
Tələb və istehsalın aylıq plan və fakt analizinin tərtib edilməsi;
Planlamanın effektivliyini təmin etmək və risklərin aradan qaldırılması məqsədilə daima müvafiq təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi;
Açılmış tələb və sifarişlərin qarşılanma səviyyəsinə nəzarət edilməsi;
Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanıb təqdim edilməsi.
Tələblər:
Ali təhsil;
Microsoft Office əla səviyyə;
Excel və 1C proqramı əla səviyyə;
İstehsalat sahəsində müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi;
Material tələbat planlaması (MRP);
Yüksək ünsiyyət və davranış bacarığı;
Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
Komanda ilə işləmək bacarığı;
Təqdimat və təsiretmə bacarığı;
Analitik və təhliletmə bacarığı;
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi məktubun mövzusuna “Planlama üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz