Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva Avstriyanın Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş konfransının 68-ci sessiyasında iştirak edib.
Foodinfo.az xəbər verir ki, T. Qocayeva sessiya çərçivəsində “Atoms4Food - Daha yaxşı həyat üçün daha yaxşı kənd təsərrüfatı” mövzusunda təşkil olunan elmi foruma qatılıb. Forumda nüvə texnologiyalarının və atom enerjisinin heyvan xəstəlikləri və zərərvericilərlə mübarizədə tətbiqi üsulları ilə bağlı təşkil olunan müzakirələrdə iştirak edib. Mərkəz müdiri AEBA-nın laboratoriyalarına təşkil olunan səfərlərə də qatılıb. Səfərlər zamanı AQTİ-nin AEBA-nın dəstəklədiyi yerli və regional layihələrdə iştirakına dair müzkirələr aparılıb. AQTİ-nin nümayəndəsi tədbir çərçivəsində Azərbaycan və AEBA-nın birgə təşkilatçılığı ilə keçirilən “COP29-İqlim dəyişikliyində nüvə texnologiyalarının rolunun yaradılması” adlı tədbirdə də iştirak edib.
Qeyd edək ki, AEBA-nın Baş konfransının 68-ci sessiyasına quruma üzv dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.