"Rossiya 1" kanalında "Ən vacib şey haqqında" verilişinin efirində həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib ki, dadlandırıcılar xərçəngə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə “Smotrim.ru” saytı məlumat yayıb.
Həkimin sözlərinə görə, bu maddələr indi qırmızı zona deyilən yerdədir. Myasnikov təbii şəkərdən daha az kalorili olsalar da, onların orqanizm üçün zərərli olduğunu qeyd edib. Teleaparıcı xəbərdarlıq edib ki, eyni zamanda dadlandırıcılar 2-ci tip diabetə səbəb ola bilər.
Qeyd edək ki, 2022-ci ildə fransız tədqiqatçılar qrupu Plos Medicine üçün bir məqalədə 103 minə yaxın insanın sağlamlıq vəziyyəti və həyat tərzi ilə bağlı məlumatları öyrənib. Pəhriz qeydlərini nəzərdən keçirən elm adamları pəhrizdəki süni dadlandırıcıların miqdarına baxıblar. Məlum olub ki, onlardan çox istifadə edənlərin xərçəngə tutulma riski daha yüksək olub.