Böyük Britaniyanın Edinburq şəhərinin 34 yaşlı sakini Ross Makfarleyn iki il yumurta yeyib və 32 kiloqram arıqlayıb. Foodinfo.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

119 kiloqram ağırlığında olan kişi uzun müddət arıqlamağa çalışıb və müxtəlif diyetlərə müraciət edib. Lakin bütün bunlar uğursuz nəticələnib. “Mənim yeməklə münasibətim əksər insanlarla eyni idi. Ciddi bir pəhriz saxladım, amma nəticədə çəkimi geri aldım. Nə etsəm də, yenə də kök idim” Ross Makfarleyn bildirib.

Həddindən artıq çəkiyə görə Makfarleynin yüksək qan təzyiqi və yüksək xolesterolu olub. Səhhətində yaranan problemlərdən qurtulmaq üçün lazımsız qidalardan imtina edib, pəhrizinə çoxlu sayda yumurta daxil etmək qərarına gəlib. İki il ərzində o, iki min yumurta yeyib.

Hazırda Makfarleynin çəkisi 87 kiloqramdır və onun xolesterinin səviyyəsi və təzyiqi normallaşıb. Sağlam yatmağa başlayıb və özünə inam qazanıb. "Bu, mənim həyatımı dəyişdi. Bir şeyi dəyişdirmək üçün heç vaxt gec deyil. Mənim otuz yaşım var və özümü həmişəkindən daha gənc və sağlam hiss edirəm. Hər kəs öz həyatını dəyişə və nəticələrdən həzz ala bilər” Makfarleyn vurğulayıb.

Nərmin