Tərkibindəki beta karoten, C vitamini, kapsaisin və antioksidantlar sayəsində acı bibər bir çox xəstəliklərə qarşı mübarizə aparır. 
 

Foodinof.az xəbər verir ki, bu barədə “HaberTürk”ün məqaləsində deyilir. 

Belə ki, acı bibər metabolizmi sürətləndirməkdən tutmuş xərçəngə qədər bir çox problemlərin həllinə yardım edir. Ədviyyat olaraq da istifadə olunan qırmızı acı bibər xolesterolu aşağı salır. Belə ki, acı bibər xolesterolun orqanizmdən kənarlaşdırılması üçün lazım olan turşuların formalaşmasına səbəb olur.


Acı bibər metabolizmi sürətləndirir. Zülal tərkibi və acılığı bağırsaqların fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır. Acı bibər metabolizmi sürətləndirdiyi üçün çəkisinə nəzarət etmək istəyən insanlar üçün də faydalı məhsul sayılır. 


Aci bibərin tərkibindəki yüksək miqdarda beta karoten xərçəngə qarşı qoruyucu rol oynayır. Həmçinin tərkibindəki C vitamini immunitet sistemimizi gücləndirir.

Leyla