Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 279,957 min ton tərəvəz istehsal olunub.

Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə tərəvəzlərin sayı illik müqayisədə 4,7 % azdır. 

İşğaldan azad edilmiş ərazilərdəki tərəvəzlərin istehsalının 99,6 %-i və ya 278,801 min tonu Qarabağ iqtisadi rayonunda, 0,4 %-i və ya 1,156 min tonu isə Şərqi Zəngəzur iqtisadi rayonda istehsal edilib. 2022-ci ildə Qarabağ iqtisadi rayonunda tərəvəz istehsalı 4,7 % azalıb, Şərqi Zəngəzur iqtisadi rayonunda istehsalı isə 0,5 % artıb.

Şəbnəm