Ekspertlər minə yaxın qida maddəsi arasından insan orqanizmi üçün ən vacib qida məhsullarını açıqlayıblar. 
 

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də məqalə dərc olunub.

Siyahıya 65 xalla kələm daxil olub. Bu bitki vitaminlər baxımından olduqca zəngindir. 84 xalla siyahlda yer alan balqabaq toxumu ən vacib dəmir və manqan mənbələrindən biridir. Çuğundur yarpağının tərkibində kalsiyum, dəmir K və B vitaminləri var. Bu məhsul siyahıda 70 xalla yer alıb. Ən sağlam qidalardan biri də cəfəri olub.

Cəfərinin tərkibindəki bor, kalsiyum kimi maddələr sümük və diş sağlamlığı baxımından çox mühümdür. 
Naringi tərkibində şəkər səviyyəsi yüksək olan bir məhsuldur. Tərkibində karotenoid və A vitamini vardır. Siyahıdakı badam da yağ turşuları baxımından zəngindir. Bu məhsul ürək-damar xəstəliklərinə və diabətə qarşı faydalıdır.

Leyla