Enerji dolu və məhsuldar gün üçün doğru qida seçimi olduqca önəmlidir. Foodinfo.az aif.ru-ya istinadla bildirir ki, bəzi məhsullar bədəni təbii yolla enerjiyə doldurur və yorğunluğu aradan qaldırır. Banan tərkibindəki təbii şəkər və kaliumla sürətli enerji qaynağıdır.

Yulaf amin turşuları və liflərlə günə gümrah başlamaq üçün ideal seçimdir. Bal bədəni təbii yolla canlandırır və zehni aktivləşdirir. Badam və qoz omeqa-3 və E vitamini ilə güclü enerji mənbəyidir. Avokado sağlam yağlarla toxluq və güc hissi yaradır.

Çobanyastığı və yaşıl çay isə orqanizmi sakitləşdirib enerjini balanslaşdırır. İtburnu çayı C vitamini ilə güclü müdafiə və canlanma verir. Kök və çuğundur şirəsi qanın tərkibini zənginləşdirib bədəni dirçəldir. Kefir və yoqurt bağırsaq florasını gücləndirib enerjini artırır. Bu məhsullarla hər gün daha sağlam və enerjili olmaq mümkündür.