Avstraliyanın Qantas aviaşirkəti Sidney Universitetinin Çarlz Perkins Mərkəzi ilə birgə araşdırma aparıb. Mütəxəssislər müəyyən ediblər ki, vaxt zonalarının kəskin dəyişməsi və bundan asılı olan sirkadiyalı ritmlərin pozulması zamanı hansı qidalar reaktiv gecikmənin öhdəsindən gəlməyə kömək edir.

London və Nyu Yorkdan Sidneyə uçuşlarda Qantas könüllülərdə yuxu cədvəllərini, işıqlandırma seçimlərini, menyuları və yemək vaxtlarını sınaqdan keçirib. Bu, sərnişinlərin bioloji saatlarını uyğunlaşdırmaq üçün vacibdir. Şirkət həmçinin səyahət edənlərin daha asan yuxuya getməsinə kömək etmək üçün beyində amin turşusu triptofan istehsalını stimullaşdırmağa çalışıb.

Nəticədə, jet lagın daha asan ötürülməsinə kömək edən məhsullar müəyyən edilib. Bu şokolad və çili bibəridir. Buna görə də mütəxəssislər uçuş zamanı şokolad yeməyi tövsiyə edirlər.

Nurlan