Kərə yağı insanın sağlam qidalanmasında mühüm yer tutur. 
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Qeyd olunur ki, kərə yağı orqanizmin immunitet sistemini gücləndirir. Bədənin müqavimətini artırır. Tərkibində mövcud olan yağ turşuları bağırsaqda yaşayan patogen mikroorqanizmlə mübarizə aparır.


Kərə yağı ürək-damar xəstəliklərinə qarşı orqanizmi qoruyur. Xərçəngə qarşı hüceyrələri qoruyur, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Kərə yağı tərkibindəki vitaminlər sayəsində sümük sağlamlığını qoruyur. Toxluq hissi yaradan kərə yağı tövsiyə olunan miqdarda istifadə olunduğunda piylənmənin qarşısını alır.

Leyla