ROSBIOTECH Universitetinin Qastronomik İdarəetmə proqramının rəhbəri, aşpaz Qriqori Mosin zərərli qida birləşmələri haqqında danışıb.

Foodinfo.az bildirir ki, ekspert Gazeta.Ru -ya müsahibəsində bildirib ki, kartof və ət klassik birləşməsi həzm prosesində disbalans yaradır. Buna səbəb kartof nişastası və ət zülalının eyni vaxtda mədəyə daxil olmasıdır.

Belə bir yeməyi daha asan həzm etmək üçün Mosin tərkibində lif olan təzə və ya bişmiş tərəvəzlər əlavə etməyi tövsiyə edib.

Aşpaz qeyd edib ki, makaron və pendirin tərkibində çoxlu miqdarda karbohidratlar və yağlar var. Bu, mədəaltı vəzinin həddindən artıq yüklənməsinə və sürətli çəki artımına səbəb olur. Vitamin və antioksidant tərkibini artırmaq üçün göyərti, pomidor və ya bolqar bibəri əlavə etmək yaxşıdır.