Azərbaycan 2022-ci ildə 8 477,3 ton meyvə və tərəvəz konservləri ixrac edib.

Bu barədə Foodinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Ötən il ölkədən ixrac edilmiş bu məhsulların miqdarı 2021-ci illə müqayisədə 0,4 % azalıb.

Azərbaycandan 2022 ildə ixrac edilmiş meyvə və tərəvəz konservlərinin dəyəri isə 9,5 % artaraq 10 487,8 min ABŞ dollarına çatıb.

Şəbnəm