Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı dünya ərzaq qiymətləri indeksi 5 aydır geriləyir. xəbər verir ki, FAO-nun Ümumdünya Ərzaq Qiymətləri İndeksi iyulda 140,7-dən avqustda 138-ə düşüb. Mart ayında Rusiyanın Ukraynaya qarşı hücumunun başlamasından sonra indeks 159,7 bəndlə rekord həddə çatmışdı. Ümumdünya Ərzaq Qiymətləri İndeksi son 5 ayda azalsa da, avqust ayında hələ də ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz yüksək olub. Avqust ayında FAO-nun taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,4% azalarkən, qarğıdalı qiymətləri indeksi isə 1,5 faiz artıb. FAO qlobal taxıl istehsalı proqnozlarını da aşağıya doğru yenidən nəzərdən keçirib. 2022-ci il üçün taxıl istehsalı gözləntiləri 2 milyard 792 milyon tondan 2 milyard 774 milyon tona endirilib. Bu, 2021-ci illə müqayisədə taxıl istehsalının 1,4 faiz azalması deməkdir. [gallery ids="49950"]