Səhər yeməyi sayəsində insan orqanizmində maddələr mübadiləsi, həmçinin böyrəküstü vəzilərin işi normallaşır. Ancaq səhər saatlarında bir sıra səbəblərə görə ümumiyyətlə iştah olmaya bilər. Foodinfo.az xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova deyib.

Həkim qeyd edib ki, səhər yeməyi sayəsində böyrəküstü vəzilər tərəfindən kortizol istehsalı azalır. Bundan əlavə, düzgün səhər yeməyi gün ərzində daha az yeməyə imkan verir. Əgər gec yatsanız (gecə saat 12-dən sonra) az yatsanız (7-8 saatdan az), təbii ki, orqanizminiz səhər yeməyindən imtina edəcək. Bunun üçün daha çox yuxu lazımdır.

Səhərlər iştahsızlığın digər amili də qəhvədir. Səhər yeməyindən əvvəl bu içki bədənə yanlış dozada güc verir. Sinir sistemini stimullaşdırır, həmçinin aclıq hissini maneə törədir. Qəhvə içmək üçün ən yaxşı vaxt səhər yeməyindən bir saat sonradır.

Leyla