Soyuqdəymə dövründə düzgün qidalanma bərpa prosesini sürətləndirən əsas amillərdən biridir. Foodinfo.az xəbər verir ki, kp.ru-ya açıqlama verən KİT (İlya Truxanov Klinikası, Kurkino) terapevti və ürək həkimi Mariya Podqornaya bu müddətdə mədəni yükləməyin doğru olmadığını bildirib. Məlumat Sports.kz tərəfindən yayılıb.

Həkimin sözlərinə görə, immunitetin gücü həzm sisteminin vəziyyəti ilə sıx bağlıdır. Həzm sistemi normal işləmədikdə orqanizm xəstəliklərlə mübarizədə çətinlik çəkir. Buna görə də soyuqdəymə zamanı menyunu yüngülləşdirmək vacibdir.

Podqornaya bildirib ki, bu dövrdə qızardılmış yeməklər, kəskin ədviyyatlar, ağ kələm, lobya, üzüm və qabığı sərt olan meyvələr rasiondan çıxarılmalıdır. Bu məhsullar qaz yaradır, mədəni ağırlaşdırır və həzmi çətinləşdirərək orqanizmin bərpasına mane olur.

Həkim əlavə edib ki, xəstəlikdən sonra adi qidalanmaya tədricən keçmək daha doğrudur. Orqanizmin yüklənməməsi üçün ilk günlərdə yüngül və asan həzm olunan yeməklərə üstünlük verilməlidir.