Artıq çəki problemi bir çox insanı narahat edir. Arıqlamaq üçün təsirli üsullar axtararkən, bir çoxları gündəlik içməli suyun miqdarı ilə bağlı qaydaya müraciət edirlər. Su orqanizmimizin normal fəaliyyəti üçün zəruri olan həyatın əsasıdır. Foodinfo.az bildirir ki, kifayət qədər su içmək, istehlakdan 30-40 dəqiqə ərzində metabolik aktivliyi 30%-ə qədər artıra bilər. Bu, arıqlamağa çalışan insanlar üçün xüsusilə vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, bir yetkin insan gündə ən azı 2 litr su içməlidir. Lakin bu dəyər yaş, cins, fiziki fəaliyyət səviyyəsi və iqlim şəraiti kimi fərdi amillərdən asılı olaraq dəyişə bilər. Müəlliflər sübut ediblər ki, 6-8 stəkan su içmək böyüklərə arıqlamağa kömək edir.