Bir çox qida məhsulları xərçəngə qarşı orqanizmimizi qoruyur. Bu barədə Foodinfo.az “Takvim” qəzetinə istinadən xəbər verir. 


Bu cür məhsullardan biri sarımsaq sayılır. Tərkibində A, B və C vitaminləri, həmçinin maqnezium, kalium mövcuddur. Digər bir məhsul isə brokolidir. Tərkibində A və C vitamini, zülal, kalium və kalsiyum mövcuddur. Qan şəkərinin ürək damarlarını zədələməsinin qarşısını alır. 


Kələm də xərçənglə mübarizədə ön plana çıxan bitkilərdəndir. Bunlardan əlavə bişmiş pomidorun tərkibindəki likopen də bu amansız xəstəliyin qarşısını almağa kömək edir.

Nurlan