
Xərçəng (krevetka, lobster, krab kimi dəniz məhsulları) zülal, omeqa-3 yağ turşuları, B12 vitamini və minerallarla zəngin olan qida mənbəyidir. Lakin istehlak edərkən bəzi məqamlara diqqət yetirmək vacibdir.
Foodinfo.az xəbər verir ki, xərçəng yüksək keyfiyyətli zülal və sağlam yağlarla zəngindir, bu da əzələ qurulmasına və beyin funksiyalarına faydalıdır.
Tərkibindəki selenium, sink və B12 vitamini immun sistemini dəstəkləyir.
Omeqa-3 yağ turşuları isə xolesterini tənzimləyərək ürək-damar xəstəlikləri riskini azaldır.
Xərçəngin tərkibində nisbətən yüksək xolesterin olduğu üçün ürək xəstələri diqqətli olmalıdır.
Bu məhsul dəniz məhsullarına allergiyası olan şəxslər üçün təhlükəli ola bilər.
Çirklənmiş sularda yaşayan xərçənglər ağır metallar və toksinlər toplayır, buna görə təmiz mənbələrdən alınması tövsiyə olunur.
Təmiz və təzə xərçəng məhsulları mütəmadi, amma balanslı şəkildə istehlak oluna bilər və sağlamlıq üçün çox faydalıdır.