Yaz aylarında pəhrizlər dəyişməli, yüksək kalorili qidalardan qurtulmalı, meyvə və tərəvəzlərə üstünlük verməlidir. Foodinfo.az xəbər verir ki, bunu “Sputnik” radiosunun efirində dietoloq İrina Berejnaya deyib.

Berejnaya qeyd edib ki, tərəvəz və meyvələr bütün məhsulların yarısını təşkil etməlidir. Diyetə taxıl və makaron kimi kompleks karbohidratlar, zülallar əlavə etmək də vacibdir.

Dietoloqun fikrincə, quş əti və balığa üstünlük vermək daha yaxşıdır. Çünki çox tez-tez ət yemək mənfi təsirlərə səbəb ola bilər.

Ümumiyyətlə, ət həftədə üç dəfədən çox olmamalı, o zaman artıq çəki almayacaqsınız.

Nərmin