
İspaniyanın Barselona Qidalanma İnstitutunun dietoloqu doktor Helena Ferreiro bildirib ki, zeytun yağı tərkibindəki antioksidantlar və sağlam yağ turşuları sayəsində beyin funksiyalarını yaxşılaşdırır.
Foodinfo.az bildirir ki, El País qəzetinə müsahibəsində o, zeytun yağının Alzheimer riskini azaltmaqla yanaşı, yaddaşı gücləndirə biləcəyini deyib.
Mütəxəssis tövsiyə edib ki, gündəlik rasionda zeytun yağı salatlarda, tərəvəz yeməklərində və qızartmasız yeməklərdə istifadə edilməlidir.