Çuğundur ürək sağlamlığını dəstəkləyən ən faydalı tərəvəzlərdən biridir. Tərkibindəki yüksək miqdarda nitratlar qan dövranını yaxşılaşdırır və damarların genişlənməsinə kömək edir. Bu, qan təzyiqini aşağı salaraq ürək-damar xəstəlikləri riskini azaldır. 

Foodinfo.az xəbər verir ki, çuğundur həmçinin antioksidantlarla zəngindir, bu da iltihabın azalmasına və hüceyrələrin qorunmasına şərait yaradır. 

Fol turşusu və kalium kimi minerallar ürək funksiyasını dəstəkləyir və ritm pozğunluğunun qarşısını alır. 

Çuğundur suyu qan axınını sürətləndirərək ürəyin daha yaxşı işləməsinə kömək edir, xüsusilə idman edənlər üçün enerjini artırır. 

Liflə zəngin olması xolesterin səviyyəsini tənzimləyir. 

Çuğunduru salatlarda, şirələrdə və ya buxarda bişirərək istehlak etmək onun qida dəyərini qoruyur.