Hamımız koronavirusa (COVİD-19) yoluxacağıq, bundan qaçış yoxdur. Foodinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri məşhur türkiyəli həkim Məhməd Öz deyib. “Nə qədər koronavirusa gec yoluxsaq, o qədər yaxşıdır. Koronavirusdan qorunmaq üçün 8 şərtə əməl etmək vacibdir. Koronavirusla yaşamağa öyrəşəcəyik. Qrip də belədir. İnsanı öldürmə faizi 0,1-dir və onsuz da xroniki xəstəlikləri olanları öldürür. Hər il dünyada yarım milyard insan qripə yoluxur. Eyni zamanda illərdir dünyada müxtəlif növdə virus var. Koronavirusla da yaşamağa öyrənəcəyik”, - deyə M.Öz bildirib.