Qırmızı çuğundur təkcə dadlı deyil, həm də ürək sağlamlığı üçün əvəzolunmaz bir qidadır. 

Foodinfo.az xəbər verir ki, onun tərkibində olan nitratlar qan damarlarını genişləndirərək qan təzyiqini aşağı salır və ürəyin yükünü azaldır. Bu da ürək-damar xəstəliklərinin riskini azaldır.  

Çuğundur həmçinin güclü antioksidantlarla zəngindir. Xüsusilə, betalainlər iltihab əleyhinə təsir göstərir və damarların elastikliyini qoruyur. 

Onun tərkibindəki fol turşusu isə ürək ritmini tənzimləyir və qan dövranını yaxşılaşdırır.  

Daimi çuğundur istehlakı xolesterinin səviyyəsini tənzimləyir, qan laxtalanmasının qarşısını alır və enerji səviyyəsini artırır. 

Çuğunduru salatlarda, təzə sıxılmış şirə kimi və ya bişmiş halda qidalanmanıza əlavə edərək ürəyinizi daha sağlam saxlaya bilərsiniz.