Sağlam bir bədən üçün artıq yağlardan xilas olmaq olduqca önəmlidir. Bu zaman imtina etməli olduğumuz məhsulların başında şəkər gəlir. 

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Ekspertlərin tövsiyə etdiyi pəhriz proqramı 21 gün şəkərsiz həyatı tövsiyə edir. Bir insanın orqanizminə kənardan daxil etməsi lazım olan gündəlik əlavə şəkər miqdarı toplan kalori miqdarının 10 faizindən daha az olmalıdır. Əlavə şəkər ürək xəstəlikləri, şəkər xəstəliyi, yüksək xolesterol, təzyiq, metabolik sindrom kimi bir çox riskləri ehtiva edir. 

21 gün şəkərsiz yaşayaraq pəhrizə əməl etmək isə sizə çəki itirmək və sağlam həyat tərzinə keçid etmək imkanı yaradır. Bəs nəyə görə məhz 21 gün? Cavab sadədir. Elm adamlarına görə, 21 gün sadə bir fəaliyyətin şüur altına yerləşərək vərdişə çevrilməsi üçün zəruri olan müddətdir.

Nurlan