“Dünya növbəti pandemiya üçün kifayət qədər hazırlıq aparmayıb”.

Foodinfo.az xəbər verir ki, bu barədə amerikalı milyarder Bill Qeytsin “The  New York Times” qəzeti üçün yazdığı məqalədə qeyd olunur. 

Onun sözlərinə görə, mümkün yeni pandemiyaya hazırlıq üçün təhdid yarana biləcək istənilən an fəaliyyətə başlaya biləcək yaxşı maliyyələşdirilmiş sistemlər gərəklidir. Milyarder vurğulayıb ki, dünya hazırda koronavirus pandemiyası başlamadan əvvəlki dövrdə etdiyi səhvləri təkrarlamaqla məşğuldur. 

Bill Qeyts bildirib ki, o Ümumdünya Səhiyyə Təşkilatı və tərəfdaşlarının yaratmaq istədiyi fövqəladə hallara dair Korpusla ciddi maraqlanır. Korpusun vəzifələri arasına xəstəliklərin yayılması zamanı fəaliyyətlərin praktikası üzrə təlimlərin keçirilməsi, həmçinin patogenin sürətlə yayılması zamanı tədbirlər görülməsi daxildir.

Nurlan