Ekspertlər pomidorun insan dərisinə qarşı faydasını ortaya qoyublar.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Qeyd olunur ki, pomidorun tərkibindəki likopen antioksidantı sürətlə həzm olunaraq qana keçir və üzdə yaranmış kimyəvi reaksiyalarla mübarizə aparır. 

Əgər pomidorun suyunu sıxıb limon suyu ilə qarışdırsanız həm pomidorun tərkibindəki likopen, həm də limonun tərkibindəki limonen qarışaraq dəridə günəşin ultrabənövşəyi şüalarının yaratdığı zərərli təsirləri aradan qaldıracaq. Bu qarışım həmçinin dərinin yaşlanmasının da qarşısını alır .

Leyla