Havalar istiləməyə başladıqca getdikcə soyuq məhsullara tələbat da artır. Belə olanda isə qış mövsümündə həsrətlə gözlədiyimiz dondurma mövsümü getdikcə start götürür.

Foodinfo.az xəbər verir ki, "Milliyyet" bununla bağlı məqalə hazırlayıb.

Bəs pəhriz saxlayanlar dondurmadan istifadə edə bilərmi? Türkiyəli dietoloq Gözde Karaca bu sualı cavablandırıb.

“Ən sağlam və rahat istifadə edə biləcəyimiz dondurma növü evimizdə hazırladığımızdır. Rahat şəkildə hazırlanan, kalori baxımından yüngül olan bu tarifi isti yay günlərində rahatlıqla istifadə etmək olar”, - deyə G.Karaca bildirib. 

Dietoloqun tövsiyə etdiyi dondurmanın tərkibi:

1 ədəd doğranmış banan

1 yemək qaşığı süd

Kakao

Çiyələk

1 yemək qaşığı bal

Bir ədəd doğranmış bananı bir yemək qaşığı süd və istədiyimiz hər hansı bir meyvəylə birlikdə blenderdən keçiririk. Daha sonra isə soyuducuda hazır olmasını gözləyirik.