Banan ekspertlərin super-qidalar adlandırdığı məhsullar siyahısına daxil olub. 

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Qeyd olunur ki, bananın tərkibindəki endorfin insanı daha xoşbəxt hiss etdirir. Bu məhsul həmçinin vazodilatasiya deyilən damarları açmaq təsiri ilə də tanınır. Banan nişastalıdır və qandakı şəkəri yüksək həddə artırır fikri isə yanlışdır. Orta hesabla banan 150 qram təşkil edir ki, bu da 80-90 kalori enerji təmin edir. Banan həmçinin kalium, maqneziyum və folat mənbəyidir. 

Ekspertlər həmçinin hesab edirlər ki, mütəmadi olaraq banan yemək kolon xərçənginə tutulmaq riskini azaldır.

Fərid