Bal və süd ikisi də sağlam qidalar kimi tanınır. Bal antioksidan xüsusiyyətlərə malikdir, süddə isə kalsium, zülal və digər vacib qidalar var. Buna görə də, balın südlə birləşməsi ləzzətli bir dad yaratmaqla yanaşı onun qida dəyərini də artırır.
Foodinfo.az xəbər verir ki, balı südlə birləşdirərkən nəzərə alınmalı vacib bir məqam var. Məlum olduğu kimi, balın yüksək temperaturda emal edilməsi onun tərkibindəki qiymətli fermentləri və antioksidantları məhv edə bilər. Ona görə də balı südlə qarışdırarkən isti süddən istifadə etməkdən çəkinmək lazımdır. İsti süd balın tərkibindəki fermentləri zərərsizləşdirə və onun antioksidan xüsusiyyətlərini azalda bilər.
Balı qida maddələrini itirməməsi və dadını saxlaması üçün ilıq və ya otaq temperaturunda olan südə əlavə etmək lazımdır.
Bundan əlavə, balı isti içkilərə əlavə etmək əvəzinə soyuq içkilərdə və ya desertlərdə istifadə etmək daha məqsədəuyğundur.