Dünyanın ən böyük şirkətlərindən sayılan “Cargill”in Rusiyadakı törəmə şirkəti növbəti kənd təsərrüfatı mövsümündən etibarən Rusiyadan taxıl ixracını dayandıracaq. 

Foodinfo.az xəbər verir ki, bu barədə RBK nəşrində informasiya yerləşdirilib. 

Şirkət 2023-cü ilin iyulun birindən etibarən taxıl ixracını dayandıracaq. Bununla belə şirkətdən bildirilb ki, 2022-2023-cü illər mövsümü üçün sifarişlər tam həcmdə həyata keçiriləcək. 

Şirkətdən həmçinin bildirib ki, “Cargill”in törəmə şirkəti ona aid aktivlərin portfelinə yenidən baxmaq niyyətindədir. 

Qeyd edək ki, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi də faktı təsdiqləyib. 

Xatırladaq ki, “Cargill” şirkəti dünyanın ən böyük qida və kənd təsərrüfatı məhsulları istehsalçısı və tədarükçülərindən biridir.