
Evdə hazırlanan şorba soyuducuda təxminən 3-4 gün təhlükəsiz şəkildə qala bilər. Bunun üçün bəzi qaydalara əməl etmək lazımdır.
Foodinfo.az xəbər verir ki, şorbanı 5°C və ya daha aşağı temperaturda saxlamaq lazımdır.
Bişirdikdən sonra otaq temperaturunda maksimum 2 saat saxlayıb soyuducuya yerləşdirmək tövsiyə olunur.
Şorbanı qapaqlı, şüşə və ya plastik konteynerdə saxlamaq onun daha uzun müddət təzə qalmasına kömək edir.
Yenidən isidərkən yüksək temperaturda tam qaynadıb yemək lazımdır ki, bakteriyalar məhv olsun.
Əgər şorbanın dadı, qoxusu və ya görünüşü dəyişibsə, onu yemək məsləhət görülmür. Daha uzun müddət saxlamaq üçün isə şorbanı dondurmaq olar. Dondurucuda şorba 2-3 ay yaxşı qalır.