
Konservləşdirilmiş ton balığı zülal, omeqa-3 yağ turşuları və müxtəlif vitamin-minerallarla zəngindir, buna görə də sağlam qida hesab olunur. Ancaq bəzi məqamlara diqqət etmək vacibdir.
Foodinfo.az xəbər verir ki, konservləşdirilmiş ton balığı yüksək protein tərkibli olduğu üçün əzələ qurulmasına kömək edir və uzun müddət toxluq hissi yaradır.
Həmçinin ürək-damar sağlamlığını dəstəkləyir, beyin funksiyalarını gücləndirir.
Bu məhsul B12, D vitamini, selenium və yod baxımından da çox zəngindir.
Eyni zamanda, böyük ton balıqları civəni daha çox toplayır, buna görə də həftədə 2-3 dəfədən çox istehlak edilməməlidir.
Duzda və ya yağda saxlanılan ton balıqları yüksək natrium tərkibinə malik ola bilər ki, bu da qan təzyiqinə təsir edir.
Daha sağlam seçim üçün su ilə konservləşdirilmiş ton balığı və az duzlu variantlar seçilməlidir.