Toksikoloq Aleksey Vodovozov bildirib ki, qreypfrutun bir sıra dərmanlarla birləşdirilməməsi lazımdır.

Foodinfo.az xəbər verir ki, kp.ru saytı ilə söhbətində ekspert qeyd edib ki, qreypfrutun tərkibində qaraciyər fermentlərinin müəyyən dərmanları öz komponentlərinə ayırmasına mane olan maddələr var.

"Nəticədə aktiv maddənin konsentrasiyası artmağa başlayır və dərmanın yan və hətta zəhərli təsirləri ön plana çıxır, əsas terapevtik effekti kölgədə qoyur" – deyə həkim bildirib. Mütəxəssisin fikrincə, bu, ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər.