
Böyük Britaniyada hər üç böyükdən biri yüksək qan təzyiqindən əziyyət çəkir. Lakin bundan hər birinin xəbəri olmur. çünki yüksək təzyiqin heç bir əlaməti olmaya bilər. Yüksək qan təzyiqi insult, infarkt, böyrək çatışmazlığı və damar demensiyası üçün ən əhəmiyyətli risk faktorudur.
Foodinfo.az bu problemdən qaçmaq üçün səhərlər yeməli olduğunuz qidalar barədə sizi məlumatlandıracaq.
Qan təzyiqinin göstəricilərinə əsasən pəhriz təsir göstərir. Məlumdur ki, məsələn, duz yüksək təzyiqin əsas səbəblərindən biridir.
Kaliumla zəngin olan qidalar isə qan təzyiqini aşağı sala bilər, çünki kaliumun natriumu bədəndən çıxarır.
Səhər yeməyindən kalium almaq üçün rasiona cəmi üç qida əlavə etmək lazımdır: portağal suyu, avokado və yoqurt.
Klivlend klinikasından verilən məlumata görə, yarım avokadoda təxminən 364 mq kalium var. Yoqurtdan isə yalnız kalium deyil, həm də kalsium və riboflavin alacaqsınız. 245 q adi yoqurtda 380 mq kalium olur. Portağal suyuna gəlincə, bir stəkan portağal suyunda 496 mq-a qədər kalium ola bilər.
Nurlan