"Taxıl dəhlizi"nin fəaliyyət göstərdiyi 8 ay ərzində bu marşrut vasitəsilə Ukraynanın 26,3 milyon ton kənd təsərrüfatı məhsulu daşınıb.

Foodinfo.az bu barədə Ukrayna KİV-ə istinadən yazıb.

"Bu gün "Taxıl sazişi"nin səkkizinci ayı tamam olur. Mart ayına olan göstəricilər fevraldakından cüzi fərqlənir. Sutka ərzində keçən gəmilərin sayı müsbətə doğru dəyişməyib. Ümumilikdə mart ayı ərzində 3,8 milyon ton məhsul daşınıb", - deyə Ukraynanın Aqrar Siyasət Nazirliyindən bildirilib.