35 yaşdan yuxarı insanlara qida rasionunda asanlıqla həzm olunan zülalın miqdarını artırmaq tövsiyə olunur, çünki bu yaşda əzələ kütləsinin itirilməsi ilə bağlı proseslər başlayır.
Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Qalina Volkova danışıb. Dietoloqun sözlərinə görə, səhər yeməyi üçün asan həzm olunan proteini, məsələn, yumurta və kəsmikdən almaq olar. Eyni zamanda, onların hazırlanma üsulunu nəzərə almaq vacibdir. Həftədə 2-3 dəfə qırmızı ət, digər hallarda isə quş əti və ya balıq yemək lazımdır.