Cilalanmış (ağ) və cilasız (qəhvəyi) düyü arasında seçim edərkən ikinciyə üstünlük verilməlidir. Foodinfo.az xəbər verir ki, bunu diyetoloq Larisa Nikitina Life.ru-ya bildirib. Onun sözlərinə görə bu məhsul daha çox faydalı mikroelementləri ehtiva edir və diabet xəstələri üçün təhlükəsizdir.

Belə ki, ağ düyü dadlı olsa da bütün yüksək glisemik qidalar kimi, qana böyük miqdarda şəkər buraxılmasına səbəb olur. Buna görə diabetli insanlar bu məhsuldan uzaq durmalıdırlar. Qəhvəyi düyü daha az emal dövründən keçir və buna görə də sink, kalium, maqnezium və B vitaminlərini ehtiva edir.

Qəhvəyi düyü şəkərin səviyyəsini artırmır və 2-ci tip diabetə səbəb olmur. Qəhvəyi düyü ağ düyüdən təxminən iki dəfə çox bişirilir və bir az daha sərtdir. Qəhvəyi düyünün tərkibində ağ düyüdə olmayan lif də var.