
Nahar yeməyinin saatı günün qalan hissəsindəki enerji səviyyəmizi müəyyən edir. Sağlam qidalanma üzrə mütəxəssis Sarah Flover nahar yeməyinin ən ideal saatının 12:00 ilə 14:00 arasında olduğunu bildirir. "Bu zaman aralığında orqanizm qidanı ən yaxşı şəkildə həzm edir və enerji səviyyəsi yüksək olur" - deyə o fikrini əsaslandırır.
Foodinfo.az bildirir ki, diyetoloqun fikrincə naharı gec saatlarda yemək, həm həzm problemi, həm də yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Həmçinin, səhər çox tez yemək yemək də iştahsızlıq və mədə problemlərinə yol aça bilər.
"Nahar yeməyinin vaxtı və keyfiyyəti, həm də orqanizmin gündəlik fəaliyyətini tənzimləyir. Günün ikinci yarısında bədən daha aktiv olduğundan, nahar zamanı qəbul olunan qida orqanizm tərəfindən daha yaxşı istifadə edilir. Uzun müddət ac qalmaq da bədənin enerji səviyyəsini aşağı sala bilər" - deyə Sarah Flover əlavə edib.
Beləliklə, sağlam qidalanma üçün ən yaxşı nəticəni əldə etmək üçün naharı doğru saatlarda yemək vacibdir. Qida qəbulunun zamanlaması, metabolizmanın işləməsinə və ümumi sağlamlıq vəziyyətinə təsir edir. Buna görə də, nahar saatını düzgün seçmək, sağlam həyat tərzi üçün vacib amillərdən biridir.