Piylənmədən əziyyət çəkən insanların beyinində struktur və funksional dəyişikliklər baş verir. Foodinfo.az  xəbər verir ki, belə bir iddianı avstraliyalı alimlər irəli sürür. Neyroplastiklik beynin zamanla dəyişən xüsusiyyətidir. Bu qabiliyyət sayəsində beyin, təcrübənin təsiri altında yeni sinir əlaqələri qura bilər, başqa sözlə öyrənə bilər. Tədqiqatlar göstərir ki, ciddi piylənməsi olan insanların beyin quruluşu dəyişir, bu da öyrənmə və yaddaş problemlərinə səbəb olur. Digər tərəfdən qarın bölgəsində piylənmə olan şəxslər beyin xəstəlikləri baxımından risk altındadırlar. Yaşlanma, şəkər qəbulu, yanlış qidalanma, piylənmə, siqaret, alkoqol beyini kiçildən amillərdən sayılır. Bir şəxs nevroloji xəstəliklərə tutulmaması üçün karbohidrat, doymuş yağ, marqarin, şəkər istifadəsini minimuma endirməlidir. Digər tərəfdən kökəlmək nəticəsində hüceyrələrə mənfi yönlü siqnallar gedir və həmin şəxsin hansı nevroloji xəstəliyə uyğunluğu varsa, ona da tutula bilir.