Enerji içkiləri tərkibində yüksək miqdarda kofein, şəkər və müxtəlif stimullaşdırıcı maddələr ehtiva edir ki, bu da bəzi insanlar üçün ciddi sağlamlıq riskləri yarada bilər. Foodinfo.az xəbər verir ki, xüsusilə uşaqlar, yeniyetmələr, hamilə və süd verən qadınlar, ürək-damar xəstələri və hipertoniya (yüksək təzyiq) problemi olan şəxslər enerji içkilərindən tamamilə imtina etməlidir.  

Uşaqlar və yeniyetmələrdə enerji içkilərinin istehlakı əsəbilik, diqqət pozğunluğu və ürək ritmində dəyişikliklərə səbəb olur. Onların bədəni yüksək kofeinə daha həssasdır. Hamilə qadınlarda isə bu içkilər dölün inkişafına mənfi təsir göstərərək aşağı riskini artıra bilər.  

Ürək-damar xəstələri və yüksək təzyiq problemi olan insanlar üçün enerji içkiləri təhlükəlidir, çünki kofein ürək döyüntüsünü sürətləndirir və təzyiqi yüksəldir, bu da infarkt və ya iflic riskini artırır.

Eyni zamanda şəkərli diabet xəstələri də tərkibindəki yüksək şəkərə görə bu içkilərdən uzaq durmalıdır.  

Enerji içkiləri sağlam insanlar üçün belə məhdudiyyətlə qəbul edilməli, risk qrupunda olan şəxslər isə tamamilə imtina etməlidir. Sağlam həyat tərzi üçün təbii enerji mənbələrinə – suya, meyvələrə və balanslı qidalanmaya üstünlük verilməlidir.