“Biz tibb personalının yaralı əsgərlərin müalicəsinə cəlb olunduğunu nəzərə alaraq Vətən Müharibəsinə öz töhfəmizi vermək üçün karantin qaydalarına əməl etməliyik”. Foodinfo.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Silahlı Qüvvələrin üzvləri arasında tək-tək yoluxmaları nəzərə almasaq, kütləvi yoluxma qeydə alınmayıb:
“Çağırışçıların hər biri testdən keçirilir ki, koronavirus ordu sıralarına daşınmasın. Yaralı əsgərlərin koronavirusa yoluxmaması üçün bütün lazımi tədbirlər görülür. Biz Vətən Müharibəsində qalib gəldik, koronavirusa da qalib gəlməliyik. Bəzi insanlar ev şəraitində özünü müalicə etməyə cəhd etməsi tibb personalına əlavə gərginlik yaradır. Bu kimi hallara da yol verməməyimiz çox vacibdir”.