
Siqaret çəkmək, ciyərlərin sağlamlığına ciddi ziyan verir. Foodinfo.az Ferra.ru-ya istinadla bildirir ki, ciyərləri təmizləmək üçün bəzi qidalar faydalıdır. Naringi və portağal, ciyərləri təmizləyən ən yaxşı meyvələrdəndir.
Bu meyvələr, tərkibindəki C vitamini ilə bədənin immunitetini gücləndirir. Çörəkotu yağı da siqaret çəkənlərin ciyərlərinə faydalıdır. Ayrıca, sarımsaq və zəncəfil, ciyərləri təmizləyən təbii vasitələrdir. Həmçinin, kələm və brokoli kimi təravətli tərəvəzlər, ciyərləri qoruyur.
Bu tərəvəzlər, toksinlərin atılmasına kömək edir. Ciyərləri təmizləmək üçün yaşıl çay da faydalıdır. Yüksək antioksidant tərkibi ilə yaşıl çay, ciyərləri təmizləyir və sağlamlığını qoruyur.
Təzə sıxılmış təzə meyvə şirələri də ciyərlərin təmizlənməsinə kömək edir. Bu qidalarla yanaşı, siqareti tərgitmək ciyərləri bərpa etmək üçün ən yaxşı addımdır.