Dişlərin sağlamlığı gündəlik qayğı tələb edir. Foodinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, diş həkimi Helin Kara yeməkdən əvvəl dişləri yumağın düzgün olmadığını bildirib.

Onun sözlərinə görə yeməkdən əvvəl dişləri yumaq diş minəsini zədələyə bilər. “Qida qəbul etdikdən sonra dişləri təmizləmək daha yaxşıdır. Çünki yeməkdən sonra dişlərdə qalan qidalar bakteriyaların artmasına səbəb olur. Bu da diş minasının zədələnməsi, karyes kimi probemlər yaradır.  Odur yeməkdən sonra dişləri təmizləmək ağız sağlamlığını qoruyur” – deyə həkim bildirib.

Onun sözlərinə görə dişləri təmizləmək üçün düzgün diş məcunu istifadə etmək vacibdir. “Təbii vasitələrə üstünlük verin. Kimyəvi tərkibli məcunlarla dişləri təmizləmək onlara ikiqat ziyan vurur”- deyə həkim açıqlamasında bildirirb.

O, həmçinin əlavə edib ki, yeməkdən dərhal sonra dişləri yumaq mədə üçün faydalıdır.  “Həmçinin, yeməkdən sonra dişləri təmizləmək nəfəsinizi təravətləndirir. Dişləri gün ərzində iki dəfə təmizləmək lazımdır. Unutmayın ki, sağlam dişlər sağlam orqanizmin əlamətidir”.